İrəvanın Avropa İttifaqı ilə ticarəti Avrasiya İqtisadi İttifaqı ilə müqayisədə bir neçə dəfə azdır, Ermənistanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O, 11 ayın yeni statistikasını açıqlayıb: "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 11,6 milyard dollar, Aİİ ilə isə təxminən 12 milyard dollardır. Bunu iqtisadiyyat və reallıq deyir.
"Aİ-yə qoşulma prosesinin başlanması haqqında” qanun layihəsinin təşəbbüskarları başa düşürlər ki, Avropa İttifaqına qoşulmaq “çox hipotetik bir şeydir” və Avrasiya İttifaqının tərkibində əldə etdikləri iqtisadi fayda və üstünlükləri itirmək istəmirlər", - Rusiya rəsmisi qeyd edib.