EN

Roberto Fernandes La Liqaya qayıtdı

Portuqaliyanın “Braqa” klubunun ispaniyalı hücumçusu Roberto Fernandes bundan sonra “Espanyol”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

La Liqa təmsilçisi 22 yaşlı forvardı cari mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Keçidin digər detalları barədə ətraflı məlumat verilmir.

Roberto Fernandes İspaniyanın “Kordoba” və “Sevilya” klublarının yetirməsi olsa da, peşəkar karyerasına “Malaqa”da başlayıb. O, 2022/2023 mövsümünü də “Barselona”nın B komandasında keçirib. 2024-cü ilin yayında isə “Braqa” “Malaqa”ya 1,8 milyon avro ödəməklə Fernandesi tamhüquqlu əsasla heyətinə qatıb. İspan futbolçu Portuqaliya klubunun heyətində meydana çıxdığı 30 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Roberto ötən il İspaniyanın U-21 yığmasında da oynayıb. Amma ona hələ ölkəsinin əsas millisində debüt qismət olmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı hücumçunun transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Chosen
3
arena.az

1Sources