EN

Kreml: “Kim Çen İnin Rusiya səfəri ilə bağlı məlumat veriləcək” – ÖZƏL

Rusiya Prezidenti Administrasiyasının mətbuat katibi Dmitri Peskov bildirib ki, Şimali Koreya lideri Kim Çen İnin Rusiyaya səfəri ilə bağlı konkret məlumatlar əldə edildikdə ictimaiyyətə məlumat veriləcək. 

Olaylar.az xəbər verir ki, bu açıqlamanı Peskov 15 yanvar tarixində keçirilən gündəlik mətbuat konfransı zamanı edib.

Cənubi Koreyanın "Renhap" agentliyinin məlumatına görə, Kim Çen İnin 2025-ci ilin birinci yarısında Rusiyaya səfər etməsi mümkündür. Onun Moskvaya növbəti səfəri çərçivəsində bir sıra rəsmi tədbirlərin, o cümlədən Rusiya lideri ilə görüşün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Şimali Koreya lideri əvvəllər açıqlamalarında KXDR-in hər zaman Rusiyanın yanında olacağını və onun siyasətini dəstəkləyəcəyini vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
olaylar.az

1Sources