EN

Xarici universitetlərlə əməkdaşlıq: Müəllim və tələbələr nə qazanır?

“Azərbaycan universitetlərinin xarici universitetlərlə əməkdaşlığı, həm tələbələr, həm müəllimlər, həm də elm üçün böyük üstünlüklər gətirir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva qeyd edib.

153336

 

S.Əliyeva bildirib ki, bu əməkdaşlıq sayəsində tələbələrimiz dünyanın aparıcı universitetlərinin təcrübəsindən yararlanır, beynəlxalq səviyyədə tanınmış mütəxəssislərdən öyrənir, yeni bilik və bacarıqlarla ölkəyə qayıdırlar:

 

“Xarici universitetlərlə əlaqələr tələbələrə yalnız nəzəri biliklər deyil, həm də geniş dünya görüşü, fərqli yanaşmalar və mədəniyyətlərarası ünsiyyət bacarıqları qazandırır. Müəllimlər üçün isə bu əməkdaşlıq daha geniş perspektivlər açır. Birgə tədqiqatlar, beynəlxalq layihələr və xaricdə keçirilən təlimlər onların peşəkar inkişafına təkan verir.

Bu təcrübə təkcə müəllimlərin özlərinə deyil, həm də onların dərs dedikləri tələbələrə fayda gətirir. Müasir yanaşmalar, yeni tədris metodikaları və dünya səviyyəsində tətbiq olunan təcrübələr dərslərə daxil olur və ümumi təhsil keyfiyyətini artırır.

Eyni zamanda, xarici universitetlərin müəllimlərinin Azərbaycanda dərs deməsi xüsusi üstünlük təşkil edir. Onlar öz təcrübələrini və biliklərini yerli tələbələrə ötürməklə yanaşı, yerli tədris mühitinə də yeni bir nəfəs gətirirlər. Onların dərslərində iştirak edən tələbələr həm nəzəri biliklər, həm də praktiki yanaşmalar baxımından daha hazırlıqlı olurlar. Bu, Azərbaycan təhsilini dünya standartlarına uyğunlaşdırmaqda mühüm rol oynayır”.

Həmsöhbətimiz əlavə edib ki, elm sahəsindəki əməkdaşlıq da öz müsbət təsirini göstərir:

“Birgə aparılan tədqiqatlar, nəşrlər və layihələr Azərbaycan alimlərinin beynəlxalq səviyyədə tanınmasına imkan yaradır. Yeni texnologiyalar, metodologiyalar və elmi yanaşmalar ölkəmizdə tətbiq olunur, bu da ümumi elmi inkişafı sürətləndirir. Bu əməkdaşlıq yalnız qısa müddətli nəticələr deyil, uzunmüddətli təsirlər də yaradır. Tələbələrimiz, müəllimlərimiz və alimlərimiz bu prosesdən bəhrələndikcə, Azərbaycan təhsili və elmi də dünya səviyyəsinə daha çox inteqrasiya olunur. Bu, ölkəmizin gələcəyi üçün atılan ən mühüm addımlardan biridir". 

Chosen
7
azedu.az

1Sources