EN

Suriya lideri  Türkiyəyə səfər edəcək-Hürriyet

Suriyanın yeni hökumətinin başçısı Əhməd əl-Şaraa ilk xarici səfərini Türkiyəyə etməyi planlaşdırır. Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, səfər Suriyanın yeni parlamenti tərəfindən Əhməd əl-Şaraanın ölkə başçısı seçilməsindən sonra baş tutacaq. 

Yanvarın 15-də Ankarada Türkiyə hakimiyyəti ilə Suriyanın yeni administrasiyasının keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibaninin başçılıq etdiyi nümayəndə heyəti arasında danışıqlar keçiriləcək. Nümayəndə heyətinə müdafiə naziri Murhaf Abu Kasra və Kəşfiyyat rəhbəri Ənəs Həsən Xəttab da daxildir. 

Danışıqlar “3+3” nazirlər formatında baş tutacaq. 

“Gündəmin əsas məsələsi Suriyadakı Kürdüstan Fəhlə Partiyasının (PKK) və onun yerli qolu olan Xalq Özünümüdafiə Qüvvələrinin (XDP, hər iki struktur Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır) ləğv edilməsidir”, – “Türkiyə” qəzeti yazır.

Bir müddət əvvəl Türkiyə KİV-i səfərin yaxın günlərdə baş tutmalı olduğunu, lakin Əl-Şaraanın proqramında dəyişiklik edildiyi üçün təxirə salındığını bildirmişdi.

Chosen
3
2
busaat.az

3Sources