EN

“Politico”: Trampın andiçmə mərasimi ekstremistlərin hədəfinə çevrilə bilər

ABŞ-ın hüquq-mühafizə orqanları Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminin müxtəlif ekstremistlərin hədəfinə çevrilə biləcəyindən narahatdır.

AZƏRTAC xəbər verir ki, “Politico” qəzeti bu barədə təhlükəsizlik xidmətinin hesabatına istinadla məlumat yayıb.

Andiçmə mərasimi üçün potensial təhlükələri qiymətləndirən hesabat Federal Təhqiqatlar Bürosu, Məxfi Xidmət, Kapitoli Polisi, paytaxtın hakimiyyət orqanları və Ali Məhkəmənin Polis Departamenti tərəfindən hazırlanıb. Hesabatda deyilir ki, seçkidən narazı olanlar Trampın inaqurasiyasını hakimiyyəti zorakılıq yolu ilə dəyişdirmək üçün son şans kimi qiymətləndirə bilərlər. Bundan əlavə, hesabat müəllifləri nəzarətdən çıxa biləcək etiraz aksiyalarından da narahatdırlar.

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirəcək.

Chosen
2
1
xalqqazeti.az

2Sources