EN

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1,2 milyard manatı ötüb

Naxçıvan, 15 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 1 milyard 212 milyon 533 min 800 manat təşkil edib.

Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu göstərici öncəki illə müqayisədə 1,3 faiz çoxdur.

Ticarət şəbəkəsində 623 milyon 242 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 589 milyon 291 min 400 manatlıq qeyri-qida məhsulları satılıb.

Chosen
17
azertag.az

1Sources