EN

Həyat yoldaşını doğum evinə aparan suriyalı biznesmenə CİNAYƏT İŞİ AÇILDI

Suriyalı iş adamı həyat yoldaşını Moskva doğum evinə aparıb və haqqında cinayət işi açılib. Ərəbin həyat yoldaşının cəmi 16 yaşı olduğu məlum olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

39 yaşlı Asim adlı suriyalı uzun müddətdir Rusiya vətəndaşlığına malikdir, lakin o, öz ölkəsində ailə qurub.

Toy 2022-ci ildə Hələbdə, həyat yoldaşı Yasminin 14 yaşı olanda baş tutub. Qeyd edək ki, Suriya qanunları erkən nikahları qadağan etmir.

Toydan sonra cütlük Rusiyaya köçüb, Şyolkovoda məskunlaşıb. Hətta Yasmin bir uşaq sahibi olmağı bacarıb. İkinci hamiləlik səlahiyyətlilərin diqqətini çəkib.

Polis araşdırma aparıb və Asimin hərəkətlərinin Rusiya qanunlarına zidd olduğunu müəyyən edib. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Suriyalının özü israr edir ki, qanunu pozmayıb – onun 16 yaşlı arvadı Rusiya vətəndaşı deyil və ölkədə qonaq vizası ilə yaşayır.

Özü də rus olan keçmiş həyat yoldaşının sayəsində vətəndaşlıq alıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
4
1
interpress.az

2Sources