EN

Avropa Məhkəməsi bu söküntüyə görə 2 milyona yaxın təzminat qərarı verdi

Avropa Məhkəməsi bu söküntüyə görə 2 milyona yaxın təzminat qərarı verdi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycanın 1 milyon 693 min 892 avro məbləğində təzminat ödəməsinə dair qərar çıxarıb. Məhkəmə sözügedən qərarı Bakıda “Qış parkı”nın inşası zamanı evdən çıxarılan sakinlərin ifadələri əsasında verib.Qeyd olunub ki, 2008-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısının göstərişi ilə Fizuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən çox yaşayış və qeyri yaşayış sahəsi sökülüb, sakinlər isə köçürülüb. Sakinlər mülkiyyət hüquqlarına müdaxilədən şikayət edərək ədalətli məhkəmə prosesinin aparılmasını tələb ediblər.Məlumata görə, AİHM hələ 2022-ci ildə sözügedən işlə bağlı əksər sakinin hüququnun pozulmasını müəyyən edib və təzminatla bağlı məsələnin həlli üçün vaxt verib.Beləliklə, məhkəmə yanvarın 14-də qərarını elan edib və bu qərara əsasən hökumət 18 ərizəçiyə maddi və mənəvi zərərə görə ümumilikdə 1 milyon 693 min avro həcmində təzminat ödəməlidir.Ödəniş isə 3 ay ərzində həyata keçirilməlidir.Haqqın.az

Chosen
2
8
afn.az

9Sources