EN

Atası oğlunu öldürəni bağışlamışdı - 17 il 6 ay həbs verildi - FOTO

Balaxanı qəsəbəsində dostunu amansızlıqla öldürməkdə ittiham olunan 18 yaşlı Rəhim Əsədovun məhkəmə araşdırması başa çatıb.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Novruz Kərimovun sədrlik etdiyi məhkəmə tərkibi təqsirləndirilən şəxsə verilmiş ittihamların dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapdığı qənaətinə gəlib.

Hökmə əsasən, Rəhim Əsədov 17 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu hadisə ötən il baş verib. Təqsirləndirilən gəncə əvvəl 120-ci maddənin yüngül bəndi ilə cinayət işi başlansa da, istintaqın gedişində ona ağır maddələrlə yekun ittiham elan edilib.

Zərərçəkmişin hüquqi varisi qismində tanınmış atası Rüstəm İmanov məhkəmədə oğlunu öldürəni bağışladığını deyib, azadlığa buraxılmasını istəmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Chosen
6569
8
titul.az

10Sources