İyulun 2-də saat 11.00-da Müsavat Partiyasının qərargahında Milli Şuranın sessiyası keçiriləcək. Sessiyanın gündəliyinə prezidentliyə vahid namizəd məsələsi daxildir.
Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi kimi irəli sürüləcəyi gözlənilir. Bundan öncəki sessiyalarda Milli Şurada təmsil olunan siyasi partiyaların və üzvlərin əksəriyyəti Rüstəm İbrahimbəyovu vahid namizəd kimi gördüyünü açıq bəyan edib. -03B-