EN

“Mingəçevir” ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalandı

Birinci Liqada çıxış edən “Mingəçevir” futbol klubu ilə ASTA (Azerbaijan Sport Talents Academy) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Arena.az xəbər verir ki, bu tərəfdaşlıq Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutub.

Bu gün təşkil olunmuş tədbirdə ASTA-nın prezidenti Rafael Bunyatov, FİF-in icraçı direktoru Tural Piriyev, “Mingəçevir”in İdarə Heyətinin sədri Nurlan Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Tural Piriyev FİF-in vasitəsi ilə daha bir region klubuna tərəfdaş cəlb olunmasından qürur duyduğunu bildirib. O, bölgə təmsilçisinə dəstək olduğu üçün ASTA-ya təşəkkür edib. İcraçı direktor klubun yeni rəhbərliyi ilə birgə hazırlanmış uzunmüddətli inkişaf planı haqqında məlumat verib.

Rafael Bunyatov sözügedən kluba dəstək olmaqla bölgədə idmanın inkişafına töhfə vermək istədiklərini söyləyib. O, klubla bağlə planlardan söz açıb.

Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. Tərəfdaşlıq müqaviləsini Nurlan Əhmədov və Rafael Bunyatov imzalayıblar.

Tədbirin sonunda isə media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, Futbolun İnkişaf Fondunun vasitəsilə daha öncə Premyer Liqada çıxış edən “Turan Tovuz” və “Huner Group” arasında, Birinci Liqada mübarizə aparan “İmişli” və RDC MMC, həmçinin eyni liqada çıxış edən “Zaqatala” ilə “Music Gallery” arasında sponsorluq müqavilələri imzalanıb.

Xatırladaq ki, “Mingəçevir” Birinci Liqanın 2024/2025-ci illər mövsümünün qış fasiləsinə 6 xalla 10 iştirakçı arasında sonuncu pillədə yollanıb. Komanda 11 oyunda cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. Uğursuz nəticələr səbəbindən komandanın baş məşqçi postunda da dəyişiklik edilib. Bundan sonra əyalət klubuna Füzuli Məmmədov rəhbərlik edəcək.

Chosen
4
6
arena.az

10Sources