Vaşinqton Azərbaycanda vətəndaş cəmiyyəti, o cümlədən jurnalistlər və KİV üçün durumun pisləşməsindən əvvəlkitək narahatdır. Turan-ın Vaşinqton müxbirinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın ATƏT-dəki səfiri Deniel Ber bu yaxınlarda təşkilatın Daimi Şurasının iclasında bildirib.
“Biz Azərbaycanı öz öhdəliklərinə sadiq olmağa, vətəndaşların, o cümlədən KİV-də çalışanlarn hüquqlarına hörmətlə yanaşmağa çağırırıq ki, onlar repressiyalardan çəkinməyərək öz fikirlərini azad ifadə etsinlər”, - səfir vurğulayıb. ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsinin son məlumatları da müstəqil KİV-in fəaliyyətinə müdaxilə və tənqidi səslərin cəzalandırılması məqsədilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi tədbirlərdən xəbər verir. Yerli QHT-lərin məlumatına əsasən 2014-cü ilin dekabrında olan vəziyyətə görə, ən azı 12 jurnalist və bloger siyasi motivlərlə həbsə alınıb. Onların arasında tanınmış jurnalist Xədicə İsmayılova da var, səfir Ber bildirib.—06D--