Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, dünyada 473 milyondan çox uşaq münaqişə bölgəsində yaşayır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, BMT-nin Cenevrə ofisi \"X” hesabından münaqişə zonalarında yaşayan uşaqlarla bağlı paylaşım edib.
\"Dünyada 473 milyondan çox uşaq münaqişə zonasında yaşayır. Bu dünyadakı hər 6 uşaqdan 1- i deməkdir. 1990-cı ildən indiyədək olan göstəricilərə görə iki dəfə artıb\"