EN

Təhsil işçilərinə psixoloji dəstək məqsədilə xüsusi layihəyə start verilib

Yanvar ayından etibarən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və "Orvita" Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərindəki orta ümumtəhsil müəssisələrində çalışan təhsil işçiləri üçün xüsusi layihənin həyata keçirilməsinə başlanılıb.

TƏHSİL.BİZ xəbər verir ki, layihənin əsas məqsədi orta ümumtəhsil müəssisələrində çalışanlara psixoloji dəstək göstərmək, onların fikir və düşüncələrinin sağlam formalaşmasına dəstək olmaq, psixoloji narahatlıqları aradan qaldırmaq və şəxsi inkişaflarına töhfə verməklə, yüksək səviyyədə şəxsiyyətyönümlü şagirdlərin yetişdirilməsi üçün motivasiya yaratmaqdır.

Qeyd edək ki, Bakı şəhərinin bütün məktəblərini əhatə edən bu layihə bir çox yenilikləri ilə seçiləcək. Layihə çərçivəsində məktəblərdə təşkil olunacaq təlimlərdə təhsil işçiləri fərdi və qrup şəklində psixoloji dəstəkdən faydalana biləcəklər. Təlimlər və seminarlar təcrübəli psixoloqlar tərəfindən aparılacaq.

Chosen
8
tehsil.biz

1Sources