EN

Ağ Şəhərdə mənzildə partlayış: yaralanan var - YENİLƏNİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 15 yanvar tarixində saat 14:30 radələrində Xətai rayonu, N.Gəncəvi parkı ünvanından partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Təcili tibbi yardım briqadası tərəfindən 35 yaşlı şəxs (kişi cinsli) tüstüdən zəhərlənmə səbəbilə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə nəticəsində yanıq xəsarətləri alan 52 yaşlı şəxs isə (qadın cinsli) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Ona üzün, hər iki qulaq seyvanlarının, gövdənin, bud və baldırın arxa səthinin II və III dərəcəli yanığı diaqnozu təyin edilib. 

Hazırda xəsarət alan şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

 

***

15:13

Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Modern.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

***

14:57

Bakıda mənzildə partlayış baş verib.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində mənzildə partlayış hadisəsinin baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Chosen
2
4
modern.az

5Sources