EN

Poliqtoloq: ABŞ-Ermənistan sazişi region üçün risk yaradır...

ABŞ-nin Ermənistanın sərhəd təhlükəsizliyini gücləndirmək üçün fəaliyyətə başlaması nədən xəbər verir?..

Əli Zülfüqarov: “ABŞ-la Ermənistan arasında imzalanan strateji sənədin mahiyyəti Ermənistanın müasir silahlarla təmin edilməsi və beləliklə də, artıq səlahiyyət müddəti bitməkdə olan Bayden administrasiyasının strategiyasının Trampın dövründə də davam etməsinə xidmət edir”.

“Düşünürəm ki, Rusiya ilə sənədin işlək mexanizmə çevrilməməsi məsələsi Trampın yürüdəcəyin siyasətdən çox asılı olacaq”.

Bu sözləri politoloq Əli Zülfüqaroğlu Ermənistanla ABŞ arasında imzalanan strateji əməkdaşlıq sazişini Poliqon-a şərh edərkən qeyd.

Dünən Vaşinqtonda Ermənistanla ABŞ arasında strateji əməkdaşlıq sazişinin imzalanmasından sonra Blinken bildirib ki, xüsusi sərhəd təhlükəsizliyi qrupu sərhəd təhlükəsizliyini gücləndirmək üçün birgə işləmək üçün gələn həftə Ermənistana səfər edəcək. ABŞ-nin səlahiyyət müddəti bitməkdə olan dövlət katibi qeyd edib ki, bu istiqamətdə müvafiq işlər gücləndiriləcək.

ABŞ-nin Ermənistanın sərhəd təhlükəsizliyini gücləndirmək üçün fəaliyyətə başlaması əslində nədən xəbər verir və Vaşinqtonun Ermənistandakı bu fəaliyyəti bölgə, region ölkələrinin İrəvana münasibətində hansısa dəyişiklikıər yarada bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Əli Zülfüqaroğlu ilə müzakirə edib.

Əli Zülfüqaroğlu: “İstənilən halda, sənəd bölgə üçün kifayət qədər risklər yaradır və Ermənistanı qürurlandırır. İlk növbədə də təhdid Azərbaycandır”.

Ermənistanın istər Azərbaycana, istərsə də bölgə dövlətlərinə qarşı arzuolunmaz mənzərə yarada biləcəyini proqnoz edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bölgə dövlətlərinin də Ermənistana münasibətdə dəyişikliklər ola bilər:

ABŞ-la Ermənistan arasında imzalanan strateji sənədin mahiyyəti Ermənistanın müasir silahlarla təmin edilməsi və beləliklə də, artıq səlahiyyət müddəti bitməkdə olan Bayden administrasiyasının strategiyasının Trampın dövründə də davam etməsinə xidmət edir. Yəni Ermənistan ordusu güclənməli və Ermənistan özünün güclü, arxayın hiss etməlidir. Beləliklə də, sülh danışıqları prosesində Azərbaycanın şərtlərini qəbul etməməklə bağlı Ermənistan özündə cəsarət tapmalıdır ki, sülh bağlanmasın.

Nəticədə dünyanın müxtəlif yerlərində olduğu kimi Cənubi Qafqaz da destablizasiya şəraiti davam etsin və Tramp dövründə də bu istiqamətdə ciddi problemlər qalsın.

Düşünürəm ki, Rusiya ilə sənədin işlək mexanizmə çevrilməməsi məsələsi Trampın yürüdəcəyin siyasətdən çox asılı olacaq. Tramp Ukrayna məsələsi ilə bağlı Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır. Trampın Baydendən fərqli siyasət yürüdəcək. Bu da o deməkdir ki, bu sənədin Tramp dövründə işlək mexanizmə çevrilməsi məsələsi sual altındadır.

Əli Zülfüqaroğlu: “İran illər ərzində Ermənistana verdiyi dəstəyin nəticəsini bu cür gördü. Təbii ki, bu Ermənistanın deyil, İranın yalnış siyasəti idi”.

Amma istənilən halda, sənəd bölgə üçün kifayət qədər risklər yaradır və Ermənistanı qürurlandırır. İlk növbədə də təhdid Azərbaycandır. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Bu da o deməkdir ki, Ermənistan hər an təxribatlara rəvac verə bilər.

Digər tərəfdən, bu bölgə dövlətləri üçün də arzuolunan mənzərə deyil. Xüsusilə də, İranRusiya üçün arzuolunan deyil. Bir müddət öncə İran nümayəndəsi də Ermənistana səfər etdi. Böyük ehtimalla İran da bundan narahat idi. İran illər ərzində Ermənistana verdiyi dəstəyin nəticəsini bu cür gördü. Təbii ki, bu Ermənistanın deyil, İranın yalnış siyasəti idi.

Rusiya da strateji maraqlarına uyğun olmayan proseslərin getdiyini hiss edərsə, bu zaman Ermənistana təzyiqlərini artıra bilər. İstənilən halda, Ermənistan bölgədə təxribatlara rəvac verə bilər. Ermənistan istər Azərbaycana, istərsə də bölgə dövlətlərinə qarşı arzuolunmaz mənzərə yarada bilər. Hesab edirəm ki, bölgə dövlətlərinin də Ermənistana münasibətdə dəyişikliklər ola bilər. Buna görə də, bu addım kifayət qədər risklidir. RusiyaAzərbaycan üçün təhdidlər yaradır”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
4
1
poliqon.info

2Sources