Ötən ay Azərbaycandan Gürcüstana 3,89 min ABŞ dolları pul köçürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatında bildirilib.
İllik müqayisədə pul köçürmələrinin həcmi 7,80% azalıb. Dekabr ayında Azərbaycandan qonşu ölkəyə daxil olan pul köçürmələrin ümumi köçürmələrdəki payı 1,36%-ə bərabər olub.
Hesabat ayında Gürcüstandan Azərbaycana isə 4,79 min ABŞ dolları daxil olub ki, bu da illik müqayisədə 33% çoxdur.
Dekabrda Gürcüstana xarici ölkələrdən göndərilən pul köçürmələrinin ümumi həcmi 285,39 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni göstəricisindən 8,2% azdır.Gürcüstandan isə xarici ölkələrə 34,8 milyon ABŞ dolları köçürülüb ki, bu da illik müqayisədə 7,6% çoxdur.