Keniyada, çayda çimərkən14 yaşlı oğlan timsahın qurbanı olub. Bu barədə Tuko xəbər verir.Hadisə, oğlanın Yala çayında dostları ilə balıq tutduqdan sonra çimmək qərarına gəlməsindən sonra baş verib. Timsah, sudakı uşağı tutaraq onu suya çəkməyə başlayıb.Dostları oğlana kömək edə bilməyib və böyükləri çağırmaq üçün kəndə qaçıblar. Kənd sakinləri çaya gəldikdə isə timsah artıq uşaği parçalayıb.Bir neçə saat sonra sakinlər oğlanın cəsədini sudan çıxarmağa müvəffəq olublar. Kənd sakini Ruth Achieng bildirib: "Bu, belə bir hücuma şahid olduğumuz ilk hal deyil. Biz daim qorxu içində yaşayırıq." Keniya Vəhşi Təbiət Mühafizə Xidməti timsahı tapmaq və məhv etmək üçün əməliyyat başlatıb.Səidə Mustafa
Diqqət Çəkənlər
Forbes: “Lukoil” şirkəti icraçı direktorunu dəyişib
İsrail və HAMAS Qəzza ilə bağlı razılığa gəliblər
Birləşmiş Ərəb Əmirlikləri, Putin və Trampın görüş yeri ola bilər