Qəzzada radikallar tərəfindən saxlanılan girovların azad olunması ilə bağlı razılaşmalar üzrə Dohada aparılan danışıqlarda irəliləyiş əldə edilib.
Bu barədə N12 telekanalı iki yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, tərəflər son fikir ayrılıqlarının həlli üzərində işləyirlər.
Telekanal iddia edir ki, Qəzza zolağından ilk girovların azad edilməsi yanvarın 19-da baş tuta bilər.
"Cebheinfo.az"