Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Xidmətdən Publika.az-a verilən məlumata görə, 2024-cü il ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 404,5 milyon manat təşkil edib.
Bildirilib ki, bu da 2023-cü illə müqayisədə 164,5 milyon manat və ya 1,7 dəfə çoxdur.