"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo klubun sahiblərindən biri ola bilər.
QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
O, yaxın zamanda imzalanacaq Səudiyyə Ərəbistan təmsilçisi ilə müqavilədən əlavə, həmçinin klubun səhmlərinin 5 faizinə sahib olacaq. Beləliklə, klubun rəhbərliyi Ronaldo ilə iş görməyə şad olduqlarını bildirmək istəyirlər.
Qeyd olunur ki, yeni müqaviləyə əsasən, portuqaliyalı hücumçu ilə 183 milyon avro qazanacaq.