“Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qazanılan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb.
Publika.az “Bild” qəzetinə istinadən xəbər verir ki, Olimpiadanın başa çatmasından altı ay keçməmiş medalların geri qaytarılmasının əsas səbəbi onların zədələnmiş olması və paslanmasıdır. Medallar arasında bürünc olanların daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.
Beynəlxalq Olimpiya Komitəsinin məsələ ilə bağlı açıqlamasında zədələnmiş medalların istehsalçı “Monnaie de Paris” tərəfindən sistemli şəkildə əvəzlənəcəyi, prosesə yaxın həftələrdə başlanacağı bildirilib.