EN

İsrail Qəzzadakı 1000 məhbusu azad edəcək

İsrail 2023-cü il oktyabrın 8-dən sonra həbs edilən 1000 Qəzza məhbusunu azad edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Yanvarın 13-də Qətər atəşkəs sazişinin yekun layihəsini İsrail və HƏMAS-a təhvil verib.
Yanvarın 15-də Fələstinin radikal HƏMAS hərəkatı vasitəçilər vasitəsilə atəşkəs və əsir mübadiləsi haqqında saziş layihəsini təsdiqlədiyini açıqlayıb.

Bir gün əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qəzza zolağında saxlanılan girovların yaxın vaxtlarda azad ediləcəyini bildirmişdi.
Siyasətçi Qəzzanın heç vaxt “terrorçular üçün təhlükəsiz sığınacaq”a çevrilməməsi üçün müttəfiqlərlə çalışacağına söz verib.

Chosen
10
ucnoqta.az

1Sources