EN

2025-ci ilin ən yaxşı turizm şəhəri seçildi - Siyahı

Nüfuzlu səyahət və əyləncə jurnalı "Taym Out" Cənubi Afrikanın üç paytaxtından biri hesab edilən Keyptaunu 2025-ci ildə dünyanın ən yaxşı şəhəri adlandırıb.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2025-ci il üçün dünyanın 50 ən yaxşı şəhərinin yeni reytinqini tərtib etmək üçün nəşrin ekspertləri dünyanın müxtəlif şəhərlərinin 18500-dən çox sakini arasında sorğu keçirib və onlar yemək, gecə həyatı və mədəniyyətdən tutmuş əlçatanlıq, xoşbəxtlik, şəhər atmosferi və ümumiliyə qədər hər şey haqqında fikirlərini bölüşüblər.

"Dünyanın başqa harasında Afrika pinqvinlərinin koloniyası ilə qarşılıqlı əlaqədə ola bilərsiniz, dünyanın ən yaxşı şərablarından bəzilərini dada, Mavi Bayraqlı çimərlikləri gəzə, Təbiətin Yeni Yeddi Möcüzəsindən birinin zirvəsindən heyrətamiz mənzərələrdən həzz ala və dünyanın ən eklektikli gecə klubları və əyləncə mərkəzilərini biu gündə ziyarət edə bilərsiniz? Bu, bizim Keyptaundur", deyə "Time Out South Africa"nın məzmun direktoru Endryu Hallett Cənubi Afrikanın qanunvericilik paytaxtının qələbəsi haqqında danışarkən bildirib.

Reytinqdə ikinci yeri Taylandın paytaxtı Banqkok tutub - dünyanın ən mehriban şəhərlərindən biri həm də canlı gecə həyatı və dadlı küçə yeməkləri ilə məşhurdur.

İlk üçlüyü daim inkişaf edən, qonaqlara və şəhər sakinlərinə həyat və istirahət üçün getdikcə daha çox yeni imkanlar təklif edən ABŞ-ın ən böyük şəhəri Nyu York tamamlayır.

"Taym Out"a görə 2025-ci ildə dünyanın ən yaxşı 10 şəhəri:

1. Keyptaun, Cənubi Afrika

2. Banqkok, Tayland

3. Nyu York, ABŞ

4. Melburn, Avstraliya

5. London, Böyük Britaniya

6. Yeni Orlean, ABŞ

7. Mexiko Siri, Meksika

8. Porto, Portuqaliya

9. Şanxay, Çin

10. Kopenhagen, Danimarka

Chosen
17
axar.az

1Sources