İmişlidə balıq tutan 58 yaşlı kişi Araz çayında boğulub
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Arazçayının İmişli rayonunun Şəmmədli kəndi ərazisində baş verib.
İmişli sakini, 1967-ci il təvəllüdlü Süleymanov Rizvan İmran oğlu çayda balıq tutarkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.