Almaniyanın Ştrausberq şəhərində üzgüçülük hovuzlarından birində aralarında bir neçə məktəbli də olmaqla 18 nəfər xlordan zəhərlənib.
“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
Hadisə yanvarın 15-də günorta saatlarında baş verib. Hovuzdan istifadə edənlər ürəkbulanma və tənəffüs problemlərindən şikayətlənirdilər. Qızlardan biri helikopterlə Berlin xəstəxanasına aparılıb, onun vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb. Xlor sızmasının səbəbi araşdırılır.