EN

Cəbrayıl sakini: Bu sevinci bizə yaşadan Prezidentimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq

Bu günün sevincini bizə yaşadan Prezidentimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq.

Sitat.info Report-a istinadən xəbər verir ki, bunu Cəbrayıla qayıdan keçmiş məcburi köçkün Şərqiyyə Abbasova deyib.

“Allah bundan sonra bizə pis gün göstərməsin. Hamımız xalq olaraq sıx birləşmişik. Bundan sonra daha heç bir qüvvə bizə təsir edə bilməz.

Bu günümüz tariximizə qızıl hərflərlə yazıldı. Həmişə üzümüz gülsün. Sevincimin hədd-hüdudu yoxdur”.

O, gənclik illərininin Cəbrayılda keçdiyini deyib:

“Gəncliyim Cəbrayılda keçib, indi yaşlaşmışam. Təəssüf ki, ömrümüzün ən gözəl çağlarını düşmən əlimizdən aldı.

Cəbrayılı tərk edəndə 33 yaşım vardı. Həyat yoldaşım 40 yaşında rəhmətə getdi. Dörd övladımla qaldım. İndi Cəbrayıla övladlarımla, nəvələrimlə qayıdıram.

Allah bu sevinci digər keçmiş məcburi köçkünlərimizə də yaşatsın. Bu günümüzə şükür olsun”.

Chosen
11
2
sitat.info

10Sources