EN

“Legion Financial” səhmlərinin ticarətə buraxılması üçün qərar verilib

15 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.

Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan səhmlərin yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: “Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464

Səhmin növü və forması: Adi, adlı, sənədsiz səhm

Ticarət üsulu/forması: Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı: 6 050 (ədəd)

İlkin ticarət qiyməti: 100 manat

Buraxılış həcmi: 605 000 manat

Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək

Anderrayter: “Unicapital İnvestisiya Şirkəti” ASC

Chosen
14
marja.az

1Sources