15 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.
Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan səhmlərin yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464
Səhmin növü və forması: Adi, adlı, sənədsiz səhm
Ticarət üsulu/forması: Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı: 6 050 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 605 000 manat
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “Unicapital İnvestisiya Şirkəti” ASC