EN

Böyük Britaniyanın baş naziri Ukraynaya getdi

Böyük Britaniyanın baş naziri Keir Starmer ilk dəfə Ukraynaya səfər edib və burada “yüz illik tərəfdaşlıq” haqqında saziş imzalayacaq.

"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Starmer və Ukrayna prezidenti Volodimir Zelenski London və Kiyev arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün “yüz illik tərəfdaşlıq” haqqında saziş imzalayacaqlar. Böyük Britaniyanın baş naziri həmçinin Ukrayna rəsmiləri ilə Böyük Britaniyanın respublikaya hansı təhlükəsizlik zəmanətlərini verə biləcəyini, o cümlədən münaqişə həll edildikdən sonra Britaniya qoşunlarının sülhməramlı qüvvələrin tərkibində göndərilməsi imkanlarını müzakirə edəcək.

Gülayə Mecid 

Chosen
13
50
unikal.az

10Sources