EN

Cəbrayıla daha 32 ailə yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
ONN media xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə daha 32 ailə - 153 nəfər köçürülüb.
Xatırladaq ki, yanvarın 13-də Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb.

ONN İnformasiya Agentliyi
Chosen
8
49
onn.az

10Sources