EN

Rafael Ağayev istefa verir

Rafael Ağayev Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsindən istefa verəcək.

KONKRET.az bildirir ki, bu barədə o özü məlumat verib.

R.Ağayev deyib:

“Mən bir dənə vitse-prezident olduğumu xatırlayıram. Ondan bu yana təəssüflər olsun ki, 7-8 aydır iclaslar olur, bir dəfə dəvət almıram. Ona görə də bu ayın axırına qədər vəzifəmdən istefa verib ayrılacam”.

Qeyd edək ki, Rafael bu açıqlamanı sportlife.az-a müsahibəsində deyib.

Xatırladaq ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

Chosen
8
18
konkret.az

10Sources