EN

Klinton, Buş və Obama Trampın dəvətindən imtina etdilər

Amerikanın keçmiş liderləri - 42-ci prezident Bill Klinton, 43-cü prezident Corc Buş və 44-cü prezident Barak Obama yeni seçilmiş prezident Donald Trampın yanvarın 20-də keçiriləcək inauqurasiya mərasiminin nahar  yeməyində  iştirak etməyəcəklər.

“Cebheinfo.az” Modern.az-a istinadən xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Məlumatına görə, Obama və Klinton artıq yeməyə dəvət alıblar, lakin iştirak etməyi planlaşdırmırlar. Keçmiş birinci xanım və sabiq dövlət katibi Hillari Klintona da dəvət göndərilib, lakin o da tədbirə qatılmaqdan imtina edib.

“Cebheinfo.az”

Chosen
4
1
cebheinfo.az

4Sources