EN

“Access Bank”dan əmanətçilər pullarını götürür-Bank bağlanır?

Əhali ötən il “Access Bank”dan 35 milyon manata yaxın vəsaiti  geri çəkib.

XALQ.AZ bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, 2024-cü ildə bankın əmanət portfeli ilin əvvəlinə nisbətən 2,4% azalaraq 1 milyard 51,6 milyon manatdan 1 mlrd. 26,5 milyon manata enib.

Əhali bu il bankdan 34,98 milyon manat geri çəkib. Əvəzində şirkətlərin bankdakı əmanətləri 9,89 milyon manat artıb.

Belə ki, 2024-cü ilin əvvəlində bankda fiziki şəxslərin depozitlərinin həcmi 842,5 milyon manat olduğu halda, ilin sonunda bu rəqəm 807,48 milyon manata kimi azalıb.

Chosen
13
5
xalq.az

7Sources