EN

Klinton, Buş və Obama Trampın inauqurasiya naharında iştirak etməyəcək

AzVision.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Bildirilir ki, Klinton və Obama tədbirə dəvət etsələr də, iştirak etməmək qərarına gəliblər. Nahara dəvət ABŞ-nin keçmiş birinci xanımı və sabiq dövlət katibi Hillari Klintona da göndərilib, lakin o da iştirak etməyi planlaşdırmır. Corc Buşun nümayəndələri NBC-yə bildiriblər ki, onun dəvət alıb-almaması barədə məlumatları yoxdur.

Tramp andiçmə zamanı terrorla üzləşə bilər- "Politico"
Buna baxmayaraq, hər üç sabiq prezident Trampın andiçmə mərasimində iştirak edəcək. Bundan əvvəl, “The Guardian” qəzeti keçmiş birinci xanım Mişel Obamanın Trampın inauqurasiya mərasimində iştirak etməyəcəyini yazıb.

Xatırladaq ki, 2024-cü ilin noyabrın 5-də baş tutan prezident seçkilərində Tramp 51% səslə Demokratlar Partiyasının namizədi Kamala Harrisə qalib gəlib. 60-cı prezident seçkiləri ilə bağlı andiçmə mərasimi yanvarın 20-də Vaşinqtonda keçiriləcək. Andiçmə gerçəkləşdikdən sonra Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris üçün yolasalma mərasimi baş tutacaq. Daha sonra Kapitoldakı Prezident otağında Trampın müxtəlif sənədlərə dair ilk imzalama mərasimi keçiriləcək.

Həmidə İbrahimova
AzVision.az
Chosen
5
1
azvision.az

2Sources