EN

Ölkə ərazisində 60 cinayətin açılması təmin olunub

Yanvarın 15-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN mətbuat xidmətinin məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 92 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Chosen
8
49
xalqqazeti.az

10Sources