7NEWS.az xəbər verir ki, Bella adlı sosial media fenomeni, son 6 ildə karbohidrat istehlak etmədiyini bildirib. Meyvə-tərəvəzdən uzaq durduğunu bildirən Bella bu mübahisəli pəhriz sayəsində arıqladığını və menstrual dövrünün nizamlılaşdığını iddia edib. Dəri problemlərinin azaldığını, ruhi sağlamlığının gün keçdikcə yaxşılaşdığını ifadə edən gənc fenomen, "Hormonlarımı pozmadan sağlam qidalanmanın yolunu tapdım" dedi.