EN

Özəl sektorla əməkdaşlığın növbəti töhfəsi – AzMİU-da 4 yeni laboratoriya istifadəyə verildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) özəlsektorla əməkdaşlıq çərçivəsində yeni laboratoriya, ixtisaslaşmıştəlim-tədris mərkəzi və xüsusi auditoriyalar istifadəyə verilib.Universitetlərlə özəl sektor arasında əməkdaşlığa dair dövlətinstrateji hədəflərinə uyğun olaraq həyata keçirilən layihə AzMİU-datədris və innovasiya sahəsində yeni imkanlar yaradıb.

Yeni yaradılan infrastrukturlar aşağıdakılardır:
1. “Avant Group” tərəfindən İnşaat Mühəndisliyində LayihələndirməLaboratoriyası;
2. "Akond1" QSC tərəfindən İxtisaslaşmış Təlim-Tədris Mərkəzi;
3. "UNİCO" şirkəti tərəfindən İnşaat Mühəndisliyində LayihələndirməLaboratoriyası;
4. “Bakelektro” ASC tərəfindən İxtisaslaşmış Auditoriya.

Açılış mərasimində AzMİU-nun rektoru professor GülçöhrəMəmmədova “Avant Group” MMC-nin Müşahidə Şurasının sədri ƏliHüseynov, "Akond1" QSC-nin İdarə Heyətinin sədri Orxan Bağırov,“UNİCO” şirkətinin kommersiya üzrə direktor müavini SərxanDanyalov, “Bakelektro” ASC-nin direktor müavini Emin Qurbanov,eləcə də universitetin professor-müəllim heyəti iştirak edib.

Tədbir rəmzi lentin kəsilməsi ilə başlayıb. Daha sonra hər birlaboratoriya və tədris mərkəzi haqqında AzMİU-nun İnşaatfakültəsinin dekanı dosent Sahib Fərzəliyev və müvafiq özəl sektortəmsilçiləri tərəfindən məlumat verilib. Bildirilib ki, bumərkəzlər kompüterlər, ağıllı lövhələr, müasir mebellər və digərlazımi avadanlıqlarla təmin edilib. Bu infrastrukturlar tələbələrinistehsalat tələblərinə uyğun yüksək səviyyədə hazırlanmasına şəraityaradacaq.

Laboratoriya və tədris mərkəzlərinin açılışından sonraqonaqlarla əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilədəyirmi masa təşkil olunub. Görüşün sonunda AzMİU ilə “Avant Group”MMC, "Akond1" QSC, “UNİCO” şirkəti və “Bakelektro” ASC arasındaəməkdaşlığa dair rəsmi müqavilələr imzalanıb. Bu müqavilələr təhsilvə sənaye arasında inteqrasiyanı daha da gücləndirmək məqsədidaşıyır.

İmzalanma mərasimindən sonra AzMİU-nun rektoru professorGülçöhrə Məmmədova tərəfindən “Avant Group” MMC-nin MüşahidəŞurasının sədri Əli Hüseynova, "Akond1" QSC-nin İdarə Heyətininsədri Orxan Bağırova, “UNİCO” şirkətinin kommersiya üzrə direktormüavini Sərxan Danyalova, “Bakelektro” ASC-nin direktor müaviniEmin Qurbanova, həmçinin AzMİU ilə yaxından əməkdaşlıq edən “PMDProjects” MMC-nin direktoru Nəriman Topçibaşevə universitetininkişafına verdikləri töhfələrə görə təşəkkür plaketləri təqdimedilib.

AzMİU-nun bu cür əməkdaşlıq layihələri tələbələrin müasirstandartlara cavab verən infrastrukturla və mühitlə təmin edir. Butəşəbbüs, həmçinin dövlətin dayanıqlı inkişaf strategiyasına uyğunolaraq təhsil və innovasiyanın birgə inkişafının təmin olunmasınatöhfə verir.

Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Özəl
Məqalədə:
Chosen
5
5
az.trend.az

6Sources