“Araz-Naxçıvan” heyətinə üç futzalçı qatıb.
İdman.biz xəbər verir ki, bu addım qış fasiləsində baş məşqçi postuna gətirilən Yevgeni Kukseviçin istəyi ilə atılıb.
Son çempion vaxtilə millimizin də formasını geyinmiş Amir Şojaei ilə anlaşıb. Roman Adamov isə Rusiya çempionatından ölkəmizə gəlib. 34 yaşlı hücumçu “Volqa” klubunda çıxış edib.
26 yaşlı hücumçu Mateus Enrike Braziliyanın “Marreco” klubundan dəvət olunub. Hər 3 oyunçu ilə 5 ay+1 il müddətinə anlaşma əldə olunub.
Qeyd edək ki, “qırmızı-ağlar” Qüdrət Qasımzadə və İmaməli Hüseynovu “Yasamal Bakı”ya icarəyə verib.
İdman.biz