EN

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–tədris mərkəzi “Emosional zəka və ünsiyyət“ adlı təlim təşkil edir

Təlimin əsas məqsədi iştirakçılara emosional zəka və ünsiyyət bacarıqlarını inkişaf etdirərək iş mühitində və şəxsi həyatlarında daha uğurlu olmalarına kömək etməkdir. Təlim həmçinin iştirakçılara effektiv ünsiyyət qurmaq, münaqişə həlli və stres idarəetməsi mövzularında praktiki biliklər təqdim edir.

Təlim zamanı iştirakçılara emosional və koqnitiv zəkanın əlaqəsi və fərqi, nisbəti, qadın və kişilərdə emosional zəkanın fərqi, düzgün qərarların qəbul edilməsinə emosiyaların təsiri, baza emosiyaları və instinktlər, emosiyalarla işləmə texnikaları, empatiyanın qurulması və inkişaf etdirilməsi vasitələri öyrədiləcək.

Təlim 1-ci dərəcəli dövlət qulluqçusu, dosent Afaq Hüseyn tərəfindən aparılacaq.

Təlim əyani formada keçiriləcək, müəllim və tələbə heyəti üçün nəzərdə tutulmuşdur.

Təlimin sonunda iştirak edənlər sertifikatla təmin olunacaq.

Qeydiyyat:

https://docs.google.com/.../1nseiJcDtvVU5a4ZO9aEuM2t.../edit

Chosen
12
tehsil.biz

1Sources