EN

Veteran futbolçu: Azərbaycan klubları istədikləri oyunçuları transfer edə bilməyiblər

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan klubları təlim-məşq toplanışını tam keçirə bilmədilər. Avropada da bu situasiya yaşandı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov sabah start götürəcək Misli Premyer Liqasının ikinci yarısı barədə danışarkən deyib.

Funksioner bildirib ki, Azərbaycan klubları baxımlı transferlər edə bilməyiblər: “Klublarımız hələlik mövsümün birinci dövrəsində olan heyətlə davam edirlər. Sadəcə, Juninyonun “Qarabağ”dan ayrılaraq Braziliyanın “Flamenqo” komandasına keçməsi rezonans doğurdu. Ümumi götürsək, komandalar istədiklərini futbolçuları cəlb edə bilmədilər və sıradan oyunçular götürdülər. Üçüncü dövrənin ilk turundan sonra çatışmazlıqları görəcəyik. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Çempionatda çıxış edən kollektivlər iki cəbhəyə bölünüblər. Birincisi avrokuboklar, ikincisi isə liqada qalmaq üçün mübarizə aparanlardır. Çempionluğa həmişəki kimi “Qarabağ” əsas namizəddir. “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Zirə” və “Sabah” arasında avrokuboklara vəsiqə uğurunda mübarizə gedəcək. “Şamaxı”, “Səbail”, “Kəpəz” klubları isə elitada yerlərini qorumağa çalışacaqlar”.

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümün III dövrəsinə yanvarın 17-də keçiriləcək “Qarabağ” – “Şamaxı” oyunu ilə start veriləcək.

 

Chosen
10
1
azertag.az

2Sources