"Sabah"ın futbolçusu Oluvaseun Timilehini icarəyə göndərib.
"Football-plus.az" xəbər verir ki, nigeriyalı hücumçu 1-ci liqa təmsilçisi "İmişli"yə keçib. 19 yaşlı futbolçu "İmişli"də mövsümün sonuna kimi icarə əsasında forma geyəcək.
Qeyd edək ki, Oluvaseun Timilehin 2023-cü ildən "Sabah"ın üzvüdü. O, bu mövsüm komandada 2 oyuna çıxıb.