EN

İcarə münasibətlərində vergi öhdəliyinin yerinə yetirilməsi mexanizmi təkmilləşdirilib

Bakı. Trend:

İcarə münasibətlərində vergi öhdəliyinin yerinə yetirilməsimexanizmi təkmilləşdirilib.

Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, vergi inzibatçılığının təkmilləşdirilməsiməqsədilə Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biriicarə münasibətlərində vergi öhdəliyinin yerinə yetirilməsimexanizminin təkmilləşdirilməsi ilə bağlıdır:

"Bir çox sahələrdə olduğu kimi, kirayə və icarə münasibətlərizamanı müasir dövrün tələblərindən irəli gələrək informasiyatexnologiyalarından istifadənin genişləndirilməsi və yeni bazariştirakçılarının yaranması müşahidə olunur.

Bu baxımdan, kirayə bazarında vasitəçilik funksiyasını həyatakeçirən şəxslərdən daxil olan müraciətlər nəzərə alınaraq,əlaqələndirici platformalar vasitəsilə vergi ödəyici olmayanşəxslər arasında əmlak kirayəsi zamanı vergi öhdəliyinin yerinəyetirilməsi mexanizmi sadələşdirilib.

Belə ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, icarəyəverənin verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi iləbağlı vəzifəsi həmin platformalar, yəni vergi agentləri tərəfindənyerinə yetiriləcək".

"Dəyişiklik kirayə xidmətləri üzrə əlaqələndirici platformalarıninkişafına, icarə münasibətləri sahəsində dövriyyələrinağardılmasına, eləcə də bu sahədə vergi öhdəliklərinin yerinəyetirilməsinə müsbət təsir edəcək", - deyə məlumatda qeydolunub.

Chosen
8
9
az.trend.az

10Sources