"Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin Culfa rayonu ərazisində yerləşən Yaycı-2 nasos stansiyasından Dizə kəndinə çəkilmiş təzyiqli boru xəttinin əsaslı təmiri ilə əlaqədar tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı nəzarət orqanı - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Tenderin ümumi dəyəri 768 918 AZN olub.
Cabir Həsənov
Tarix: 16 Yanvar 2025, 15:10