Demokrat.az-ın saglam.az-a istinadla verdiyi məlumata görə, bu barədə çinli alimlərın apardıqları geniş tədqiqatlardan sonra məlum olub.
Bildirilir ki, təcrübədə 600 kişi könüllü iştirak edib.
Tədqiqatçılar müəyyən etdilər ki, həftədə beş və ya daha çox dəfə üzüm şirəsi içən kişilərdə erektil disfunksiya riski, heç vaxt belə şirə içməyən iştirakçılarla müqayisədə 79% daha aşağı olub. 40 yaşdan yuxarı yaş qrupunda isə daha yaxşı nəticə (83%) müşahidə edilib.
Qeyd olunur ki, qırmızı üzüm şirəsi ereksiyanı yaxşılaşdırmaqdan əlavə, ürək-damar sisteminin sağlamlığına da müsbət təsir göstərir. O, ürək əzələsini möhkəmləndirir, "pis" xolesterinin səviyyəsini azaldır və damarların elastikliyini qoruyur.
Alimlər bu effekti üzüm şirəsində, xüsusilə qırmızı üzüm sortlarında güclü antioksidant xüsusiyyətlərinə malik fenol birləşmələrinin yüksək tərkibi ilə izah edirlər. Bu maddələr qan damarları toxumalarının sağlamlaşmasına, bağırsaq mikroflorasının normallaşmasına və xolesterinin azalmasına kömək edir.
10Sources
-
axar.azÜzüm şirəsinin kişilər üçün əvəzolunmaz faydası ( 14845833)
-
demokrat.azÜzüm şirəsinin kişilər üçün əvəzolunmaz faydası ( 14834883)
-
medicina.azÜzüm şirəsinin kişilər üçünəvəzolunmaz faydası ( 14821393)
-
manset.azÜzüm şirəsinin KİŞİLƏR ÜÇÜN əvəzolunmaz faydası ( 14820963)
-
viral.azÜzüm şirəsinin kişilər üçün əvəzolunmaz FAYDASI ( 14820583)
-
redaktor.azÜzüm şirəsinin kişilər üçün əvəzolunmazFAYDASI ( 14820581)
-
musavat.comÜzüm şirəsinin KİŞİLƏR ÜÇÜN əvəzolunmaz faydası ( 14819651)
-
konkret.azÜzüm şirəsinin KİŞİLƏR ÜÇÜN əvəzolunmaz faydası ( 14817213)
-
poliqon.infoÜzüm şirəsinin kişilər üçün əvəzolunmaz faydası ( 14816411)
-
milli.azÜzüm şirəsinin KİŞİLƏR ÜÇÜN əvəzolunmaz faydası ( 14816267)