Yeni baş məşqçinin gəlişi və ilk oyunda rəqib olmağınız sizi çəkindirirmi? Bu sualı “Baku Fire”ın baş məşqçisi Teymur Eyvazova ünvanladıq:
“Bizi çətin sınaq gözləyir. “Araz-Naxçıvan” həm kubokda, həm də çempionatda iddialardandı. Yevgeni Kukseviç adlı-sanlı məşqçilərdən sayılır. Düşünürəm ki, bu təyinat “Araz-Naxçıvan”ın oyunlarında özünü müsbət tərəfdən göstərəcək. Ayın 18-də olacaq oyuna hazırlıq davam edir. Onlara qarşı oyunlarda buraxdığımız boşluqları maksimum azaltmağa çalışırıq. Oyun bizim üçün maraqlıdı”.
ƏSƏD SEYİDOV