EN

9 bal gücündə zəlzələ gözlənilir: Hökumət hazırlıq görür


Yaponiya güclü zəlzələyə hazırlaşır. 8-9 bal gücündə təkanların baş vermə ehtimalı kəskin artıb.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin seysmik aktivliyin tədqiqi üzrə hökumət komissiyası xəbərdarlıq edib.

Yaxın 30 ildə belə bir hadisənin baş vermə ehtimalı ekspertlər tərəfindən 80% qiymətləndirilib. Mütəxəssislərin fikrincə, zəlzələ Honsyu adasının cənub-şərqində Nankay qırağında baş verəcək. 40 il ərzində təbii fəlakətin baş vermə ehtimalı 90%-ə qədərdir, gələcək 50 ildə isə 90%-i keçəcək. Nankay qırağında sonuncu dəfə 21 dekabr 1946-cı ildə 8 bal gücündə dağıdıcı zəlzələ baş verib.

Qeyd edək ki, yanvarın 13-də Yaponiyanın Kyuşu adası yaxınlığında 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Baş Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 21:19-da baş verib. Fəlakətin episentri suyun 30 km dərinliyində yerləşib.


Chosen
2
12
news24.az

10Sources