EN

Rafael Ağayevlə bağlı AKF-dən eksklüziv açıqlama: "O, qurumun vitse-prezidenti deyil"

"Rafael Ağayev Azərbaycan Karate Federasiyasının (AKF) deyil, "Azərbaycan Milli Karate Federasiyası" İctimai Birliyinin vitse-prezidentidir".

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayev tanınmış karateçi Rafael Ağayevin ötən gün mətbuata verdiyi açıqlaması barədə danışarkən deyib. Musayev Ağayevin sözlərinə də aydınlıq gətirib:

"O qeyd edib ki, əvvəllər Azərbaycanda çoxsaylı federasiyalar var idi. Son illər Gənclər və İdman Nazirliyinin apardığı idman siyasəti və eyni zamanda “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanununa görə bir idman növü üzrə yalnız bir federasiya akkreditasiyadan keçə bilər. Karate üzrə də Azərbaycanda akkreditasiyadan keçmiş tək qurum Azərbaycan Karate Federasiyasıdır.

1992-ci ildə biz - Füzuli Musayev, Ülvi Quliyev, Əhməd Hətəmov, Mirəli Seyidov, Yaşar Bəşirov və digərləri ilə Azərbaycan Karate-Do Federasiyasını yaratdıq. 1997-ci ildə federasiyaların sayının artmasından sonra vahid Azərbaycan Karate Federasiyalar Assosisasiyası formalaşdı. Bura çoxsaylı federasiyalar daxil idi. Qanunda isə hər idman növü üzrə 1 federasiya nəzərdə tutulurdu. İndi də bu tətbiq olunub. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən çoxsaylı federasiyalar var, amma onların heç biri Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiyadan keçməyib. Ona görə də rəsmi faəliyyət göstərə bilməzlər”.

Füzuli Musayev bildirib ki, Azərbaycan Karate Federasiyasının tərkibində 6 keçmiş federasiya üslub kimi fəaliyyət göstərir:

Chosen
3
7
publika.az

10Sources