EN

Erməni ekspert: Ermənistan İranla da strateji tərəfdaşlıq haqqında sənəd imzalamalıdır

Əgər balanslaşdırılmış siyasət yürütməkdən danışırıqsa, o zaman Ermənistanın İranla da ABŞ-la olduğu kimi strateji tərəfdaşlıq haqqında eyni sənədi imzalamağa bütün əsasları var.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Bunu iranlı erməni ekspert Nver Davtyan deyib.

Onun sözlərinə görə, Ermənistanın İranla strateji əməkdaşlıq qurmaq üçün ABŞ-dan daha çox səbəbi var. Çünki strateji xarakterli sənədin imzalanması tərəflərin ümumi maraqlarının və təhdidlərinin olması deməkdir. “Mənə maraqlıdır ki, ABŞ və Ermənistanı hansı ümumi maraq və təhdid birləşdirir. Burada terrorizmlə mübarizə ilə bağlı bəndə də tam aydın deyil”,-deyə o, qeyd edib.

İranlı erməninin fikrincə, ABŞ-la imzalanmış sənəddə bəndlər var ki, onların həyata keçirilməsi Ermənistanın özü üçün müəyyən fayda gətirir, lakin bütün müddəaların tam yerinə yetirilməsi regiondakı vəziyyəti nəzərə alaraq problemlər yarada bilər.

Erməni ekspert İranın sazişin imzalanmasına rəsmi reaksiya verməməsini İslam Respublikası Təhlükəsizlik Şurasının katibinin Azərbaycan və Ermənistana bu yaxınlarda səfəri ilə əlaqələndirib. “Bu sənədin imzalanması müəyyən sahələrdə əməkdaşlığın intensivləşdirilməsi üçün hüquqi baza yaradır, lakin onların həyata keçirilməsi tərəflərin siyasi prioritetlərdən asılıdır. İranda da bunu başa düşürlər. ABŞ-ın regionda yeni seçilmiş prezident Donald Tramp administrasiyası zamanı prioritetlərinin nə olacağı məlum deyil”, - deyə Davtyan vurğulayıb.

Musavat.com

Chosen
6
50
musavat.com

10Sources